FHN: "Saytlarda və sosial şəbəkədə yalan məlumatlar yayılıb"
Bizi izləyin

Hadisə

FHN: "Saytlarda və sosial şəbəkədə yalan məlumatlar yayılıb"

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin in bu gün yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı bildiririk ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir: "Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm