Qazaxda ikimərtəbəli evdə yanğın oldu
Bizi izləyin

Hadisə

Qazaxda ikimərtəbəli evdə yanğın oldu

Qazax rayonunda, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm