• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Gəncədə AĞIR QƏZA: “VAZ” 15 metrlik quyuya düşdü - ÖLƏN VAR

  • Hadisə
  • 25 May 2020 23:34
  • 1 299 Baxış
Gəncədə AĞIR QƏZA: “VAZ” 15 metrlik quyuya düşdü - ÖLƏN VAR

Gəncə şəhərinin Kəpəz rayonunda “VAZ” markalı minik avtomobili dərinliyi təxminən 10-15 metr olan quyuya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR