• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Bakıda beşmərtəbəli yaşayış binasının DAMI UÇDU

  • Hadisə
  • 26 May 2020 09:42
  • 610 Baxış
Bakıda beşmərtəbəli yaşayış binasının DAMI UÇDU

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının damı uçub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR