Yol qəzasında yaralanan şəxs Bakıya gətirildi
Bizi izləyin

Hadisə

Yol qəzasında yaralanan şəxs Bakıya gətirildi

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində iki avtomobilin toqquşması nəticəsində 1974-cu il təvəllüdlü Kərimov Vasif Fəzi oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. / Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm