İki nəfər ölümlə üz-üzə qaldı - Nazirlik XİLAS ETDİ
Bizi izləyin

Hadisə

İki nəfər ölümlə üz-üzə qaldı - Nazirlik XİLAS ETDİ

Tərtər rayonunda beşmərtəbəli inzibati binanın fasadında üzləmə işləri aparılan zaman fəhlələrin olduğu konstruksiya (tikintidə istifadə olunan dəmir ayaqaltı) divardan aralanıb, nəticədə 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon yanğından mühafizə hissəsinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirdikdən sonra, müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Mürəkkəb və riskli şəraitdə aparılan xilasetmə işləri nəticəsində həyatı təhlükəsi olan vəziyyətdə qalan şəxsləri xilasedicilər təhlükəsiz əraziyə çıxararaq xilas ediblər, həmçinin konstruksiyada bərkitmə işləri aparıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm