Üç rayonda mənzil YANDI
Bizi izləyin

Hadisə

Üç rayonda mənzil YANDI

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin eyvanında ev əşyaları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 ədəd televizor və tavan 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qəbələ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin mətbəxində ev əşyaları 10 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Oxumağa davam et
Reklam
Reklam

Gündəm