Şəkinin mərkəzində gəzən ayı TUTULDU və.../FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Şəkinin mərkəzində gəzən ayı TUTULDU və.../FOTO - (YENİLƏNDİ)

“Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib”.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

xxx

10:04

Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a bildirib ki, hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar: “Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.

xxx

09:17

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Şəki regional ekologiya idarəsindən Publika.az-a verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm