Yevlaxda üçotaqlı ev yandı
Bizi izləyin

Hadisə

Yevlaxda üçotaqlı ev yandı

Yevlax şəhərində ümumi sahəsi 96 kvadratmetr olan evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a bildiriblər ki, birmərtəbəli üçotaqlı ev hadisə nəticəsində yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm