• USD 1,7000 0,00% EUR 1,9288 +0,21%
    • GBP 2,1346 -0,76% RUB 0,0240 0,00%

Bakıda yayılan videodakı şəxs həbs edildi - FOTO/VİDEO

  • Hadisə
  • 7 İyun 2020 13:48
  • 4 040 Baxış
Bakıda yayılan videodakı şəxs həbs edildi - FOTO/VİDEO

Video əlavə edilib.

xxxxx

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

Publika.az xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

Emin Dadaşov

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR