Bakıda velosiped oğruları tutuldu - - FOTO
Bizi izləyin

Hadisə

Bakıda velosiped oğruları tutuldu - - FOTO

Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosiped oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Polis əməkdaşları tərəfindən saxlanılan Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Faktla bağlı 5-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxlsərinətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm