Salyanda avtomobil kanala aşdı: ölənlər var
Bizi izləyin

Hadisə

Salyanda avtomobil kanala aşdı: ölənlər var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonunun Sarvan kəndində "Moskviç" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.

Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm