Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürüldü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürüldü - YENİLƏNDİ

Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Publika.az-a verilən məlumata görə, Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın FHN-nin qüvvələri tərəfindən saat 17:13-də söndürülüb.

***

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verirki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm