Bakıda liftdə qalan 10 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Bakıda liftdə qalan 10 nəfər xilas edildi

Bakıda liftdə köməksiz qalan şəxslər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ötən sutka ərzində "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 10 nəfərin liftdən çıxarılması təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm