Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirilir - Başçının müavinləri saxlanıldı?
Bizi izləyin

Hadisə

Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirilir - Başçının müavinləri saxlanıldı?

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron rayonunda apardığı əməliyyatla bağlı daha bir qeyri-rəsmi informasiya yayılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının bütün müavinlərinin saxlanıldığı, icra başçısı İradə Gülməmmədovanın isə otağında sorğu-sual edildiyi iddia edilib.

Yayılan məlumatla bağlı saytımıza açıqlama verən Abşeron icra başçısının köməkçisi Fuad Xəlilov bildirib ki, məlumat doğru deyil:

“Hazırda hamı iş başındadır. Karantinlə əlaqədar kimin icazəsi varsa, o, işə çıxır. Başçı və başçının müavinlər də iş başındadır”.

Baş Prokurorluqdan isə qeyd edilib ki, yayılan məlumatlarla bağlı açıqlama veriləcək.

Qeyd edək ki, bundan öncə Abşeron RİH-in Memarlıq İdarəsinin rəisi Akif Əliyevin və daha iki şəxsin saxlanıldığı iddia edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm