Ağdaşda obyekt sahibi həbs edildi - BU ƏMƏLƏ GÖRƏ - FOTO
Bizi izləyin

Hadisə

Ağdaşda obyekt sahibi həbs edildi - BU ƏMƏLƏ GÖRƏ - FOTO

Ağdaş respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm