Toyuq hinində 7 kiloqrama yaxın narkotik tapıldı - VİDEO
Bizi izləyin

Hadisə

Toyuq hinində 7 kiloqrama yaxın narkotik tapıldı - VİDEO

Toyuq hinində 7 kiloqrama yaxın narkotik aşkarlanıb.

Publika.az xəbər verir ki, Astara rayon polis şöbəsinin əməkdaşları Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirdikləri baxış zamanı böyürtkən kollarının arasında əkib becərilən 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Aparılan axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində 6 kiloqram 710 qram qurudulmuş marixuananı gizlətdiyi məlum olub.

Zaqatalada isə avtomobildə narkotik aşkarlanıb. Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanıb. Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən Rüstəm Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Lənkəranda isə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları əməliyyat keçirib. Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanıb. Onun üzərindən bir bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla onun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 ədəd bağlamada çəkisi 3 kiloqram 145 qram narkotik vasitə qurudulmuş marixuana, 8 qram heroin və 5,5 qram psixatrop maddə metamfetemin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib və o, da saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

"Xəzər Xəbər"in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm