ANAMA: İndiyədək 807 819 mina və hərbi sursat zərərsizləşdirilib
Bizi izləyin

Hadisə

ANAMA: İndiyədək 807 819 mina və hərbi sursat zərərsizləşdirilib

2020-ci ilin iyun ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 731 034 m² (73,1 ha) ərazi yoxlanılıb, 214 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd tank əleyhinə mina (cəmi: 219 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 116 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

Ötən ay ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 17, Dövlət Sərhəd Xidmətindən (DSX) 3, ayrı-ayrı rayonların polis şöbələrindən 3 müraciət daxil olub. Müraciətlər əsasında DİN, FHN, Səhiyyə Nazirliyinin və DSX-nin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağstafa, Füzuli, Goranboy, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Şəmkir, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 10 730 m² ərazi yoxlanılıb, 46 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) və 47 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 544,7 min m² (54 478,67 ha) ərazi təmizlənib, 807 819 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Ötən ay Ağstafa rayonunda mina hadisəsi baş verib, nəticədə 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm