Azərbaycanda 2 traktor və 31 ton ot yandı
Bizi izləyin

Hadisə

Azərbaycanda 2 traktor və 31 ton ot yandı

Bu gün Goranboy rayonunun Məşədiqaralar kəndində həyətyanı sahədə yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, həyətdə 36 ton ot bağlamasının 20 tonu, "T-28" markalı traktorun təkərləri və qoşqusu qismən yanıb. Traktorun, qoşqunun və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Bundanb başqa Şəmkir rayonunun Zəyəm qəsəbəsində traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılan 4 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar hadisə Füzuli rayonu, Kürdmahmudlu kəndində də qeydə alınıb. Ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 16 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Daha bir yanğın Beyləqan rayonu, İkinci Şahsevən kəndində baş verib. Ümumi sahəsi 28 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqda yığılan 3,7 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm