Bakıda ağır qəza - Xəsarət alanlar var
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - Xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması zamanı 32 yaşlı Ramazanova Natalia Ramazan qızı, 30 yaşlı Məmmədova Fidan İlham qızı və 26 yaşlı Hüseynov Hüseynəli Rafiq oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Ramazanovaya döş qəfəsinin əziyi, F.Məmmədovaya qabırğaların sınığı və H.Hüseynova isə bədənin müxtəlif yerlərinin əziyi diaqnozları qoyulub.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm