Azərbaycanda 3 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Hadisə

Azərbaycanda 3 nəfərin öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Lerikdə 3 nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, iyulun 2-də saat 8 radələrində Lerik rayonunun Bürsülüm kəndi ərazisində Ləkər kənd sakini Habil Əzimov idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü, sərnişinlərindən Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.

Xəsarət almış digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm