Bakıda yük maşını piyadanı vuraraq öldürdü
Bizi izləyin

Hadisə

Bakıda yük maşını piyadanı vuraraq öldürdü

Nərimanov rayonu Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə iyulun 4-də gecə saat 1 radələrində qeydə alınıb.

Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm