Suraxanıdakı yanğının səbəbi məlum oldu - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Suraxanıdakı yanğının səbəbi məlum oldu - VİDEO - (YENİLƏNDİ)

Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, açıq ərazidə 300 m2 sahədə quru ot və təkər tullantıları yanıb.

Yanğın saat 16:50-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

18:00

Bakının Suraxanı rayonu ərazisində yanğın başlayıb.

Publika.az xəbər verir ki, yanğın Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm