İtkin düşmüş kişinin meyiti MEŞƏDƏ TAPILDI
Bizi izləyin

Hadisə

İtkin düşmüş kişinin meyiti MEŞƏDƏ TAPILDI

Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib.

Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.

İntiharın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm