Bakıda dəhşətli hadisə - 7 yaşlı uşaq maşının altında qaldı
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli hadisə - 7 yaşlı uşaq maşının altında qaldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Cəlil Məmmədquluzadə küçəsində 2013-cü il təvəllüdlü Nurullayev Ömər Elvin oğlunu yaşadığı evin yanında avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm