Abşeronda karantini pozan dönərxana və kafe aşkarlandı - FOTO
Bizi izləyin

Hadisə

Abşeronda karantini pozan dönərxana və kafe aşkarlandı - FOTO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Qurtuluş” qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə sakini Anar Məmmədovun işlətdiyi obyektdə müştərilərəyerində xidmət göstərildiyi məlum olub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, obyektə baxış zamanı oranın sahibi və daha 5 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 200 manat məbləğində cərimə olunublar.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və 6 nəfər müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.
Hər iki obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm