Kürdəmirdə faciəvi hadisə - Ölən var
Bizi izləyin

Hadisə

Kürdəmirdə faciəvi hadisə - Ölən var

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm