Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi
Bizi izləyin

Hadisə

Kamran Əliyev daha bir xanıma yüksək vəzifə verdi

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gendər bərabərliyinin qorunması müsbət qarşılanır.(Oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm