Qubada karantini pozan koronavirus xəstəsi aşkarlandı
Bizi izləyin

Hadisə

Qubada karantini pozan koronavirus xəstəsi aşkarlandı

Qubada karantini pozan koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Quba rayonu Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.

M.Neymətullayev evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşmışdır. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınmış, yaşadığı ünvana qaytarılması təmin edilmiş və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilmişdir.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm