Bakıda BƏDBƏXT HADİSƏ: Eyvandan yıxılan qadın xəstəxanada öldü
Bizi izləyin

Hadisə

Bakıda BƏDBƏXT HADİSƏ: Eyvandan yıxılan qadın xəstəxanada öldü

Bakıda ölüm hadisəsi baş verib.

Publika.az “Report”a istinadla xəbər verir ki, hadisə iyulun 10-u gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. Daha sonra o, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-ü saat 11 radələrində xəstəxanada ölüb.

Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm