Qənirə Paşayeva Tovuzda xəsarət aldı - VİDEO
Bizi izləyin

Hadisə

Qənirə Paşayeva Tovuzda xəsarət aldı - VİDEO

Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Q.Paşayeva özü məlumat verib.

"Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Deputat bildirib.

Q.Paşayevanın qoluna sarğı qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm