Qazaxda yol qəzası - 3 nəfər xəsarət aldı - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Qazaxda yol qəzası - 3 nəfər xəsarət aldı - (YENİLƏNDİ)

Qazax rayonunda baş verən yol qəzasının təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, avtomobil Çaylı kənd yolunda uzunqulağa qoşulmuş arabaya çırpılıb.

Qəza nəticəsində 1964-cü il təvəllüdlü Kosayev Mahir Məhəmməd oğlu və daha 2 nəfər xəsarət alaraq Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

***

22:24

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Çaylı kənd yolunda qeydə alınıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisənin təfərrüatları araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm