Azərbaycanda dəhşətli hadisə - 20 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşətli hadisə - 20 yaşlı oğlanın meyiti tapıldı - YENİLƏNDİ

Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

*****

17:23

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm