Xızıda 150 hektar ərazi yandı
Bizi izləyin

Hadisə

Xızıda 150 hektar ərazi yandı

Xızı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, rayonun Sitalçay kəndi yaxınlığında dağlıq ərazidə 150 hektar sahədə quru ot və kol-kos yanıb.

Digər ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm