Ağdam kəndində partlamış sursat tapıldı
Bizi izləyin

Hadisə

Ağdam kəndində partlamış sursat tapıldı

İyulun 24-də saat 16:53-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Ağdam kəndində bir ədəd mərminin aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb.

Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış bir ədəd minaatan mərmisinin hissəsi aşkarlanıb. O, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin hissəsinin tapıldığı yerin ətrafında 64 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm