Azərbaycanda məşhur biznesmen yol qəzasında öldü - RƏSMİ MƏLUMAT/VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda məşhur biznesmen yol qəzasında öldü - RƏSMİ MƏLUMAT/VİDEO

Video əlavə edilib.

*****

12:47

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı istintaq tədbirləri davam etdirilir.

Publika.az Report-a istinadən xəbər verir ki, ötən gün vətəndaş Zəkəriyyə Poladov idarə etdiyi “Nissasn” markalı avtomobili aşıraraq hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Xatırladaq ki, iyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırmış və hadisə yerində ölüb. Onun meyitini Xüsusi Riskli Xilasetmə Xidmətnin əməkdaşları aşan avtomobildən çıxararaq təhvil verib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Z.Poladov "Azenko" MMC-nin direktoru vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm