Hadisə
İctimai nəqliyyat iki gün işləməyəcək
Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyət tətbiq edilib.
Publika.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonları ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.
Bununla əlaqədar bu gün saat 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.
Bundan əvvəl xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərdə 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək, 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul saat 00.00-dan 20 iyul saat 06.00-dək, 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək ictimai nəqliyyat işləməyib.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb. Sərtləşdirilmiş xüsusi karantin rejimi isə 5 avqust saat 06:00-dək davam edəcək.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?