Beyrutda "Palmali"nin gəmisinə ZİYAN DƏYDİ
Bizi izləyin

Hadisə

Beyrutda "Palmali"nin gəmisinə ZİYAN DƏYDİ

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Palmali Holding"e məxsus “Kapitan Nagdaliyev” gəmisi də olub.

Publika.az xəbər verir ki, bu barədə “Palmali”nin Mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.

""Palmali" şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur. Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib. Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır", - deyə şirkət rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm