Bakıda ağır qəza - 27 yaşlı sürücünün ayaqları sındı
Bizi izləyin

Hadisə

Bakıda ağır qəza - 27 yaşlı sürücünün ayaqları sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu idarə etdiyi avtomobillə qəza törədib.

O, hadisə yerinə gələn təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra yaralıya sol baldır və sağ bud sümüyünün sınığı diaqnozları qoyulub

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm