Şəkidə "KamAZ" aşdı, xəsarət alan var
Bizi izləyin

Hadisə

Şəkidə "KamAZ" aşdı, xəsarət alan var

Şəkidə xəsarətlə nəticələnən yol qəzası olub.

Publika.az xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib.

Zaqatala rayon Bəhmətli kənd sakini, 31 yaşlı Orxan Qazıyev idarə etdiyi "KamAZ" markalı yük avtomobilini aşırıb. Nəticədə yük maşınında sərnişin qismində olan Zaqatala rayon Yuxarı Tala kənd sakini Zaur Qaracayev xəsarət alıb. Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qəzaya səbəb kimi yük avtomobilinin əyləc sistemində yaranan nasazlıq göstərilir.

Faktla bağlı araşdırma aparılır. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm