Bakıda çoxmərtəbəli binada qorxunc hadisə - Damdan yıxıldı
Bizi izləyin

Hadisə

Bakıda çoxmərtəbəli binada qorxunc hadisə - Damdan yıxıldı

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin binanın şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının damında olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər.

Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm