• USD 1,7000 0,00% EUR 2,0142 0,00%
    • GBP 2,2029 0,00% RUB 0,0227 0,00%

Azərbaycanda tələbə faciəvi şəkildə öldü - Meyiti tapıldı - YENİLƏNDİ

  • Hadisə
  • 7 Avqust 2020 16:44
  • 2 260 Baxış
Azərbaycanda tələbə faciəvi şəkildə öldü - Meyiti tapıldı - YENİLƏNDİ

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batan 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

*****

15:30

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.

2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.(Report)

*****

13:43

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR