Kafe sahibləri və müştərilər cərimələndi
Bizi izləyin

Hadisə

Kafe sahibləri və müştərilər cərimələndi

Cəlilabad Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər nəticəsində şəhərin Qurtuluş küçəsində yerləşən “Babək” və “Basqal” kafelərinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, obyektlərə baxış zamanı orada olan kafe sahibləri M.Əliyev və S.Ayazlı ilə yanaşı 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm