Tanınmış azərbaycanlı müğənni intihar edən xalası oğlundan danışdı
Bizi izləyin

Hadisə

Tanınmış azərbaycanlı müğənni intihar edən xalası oğlundan danışdı

Gəncə şəhərində 22 yaşlı Rzayev Pünhan Rəhman oğlunun intihar etməsi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, mərhum müğənni Şəbnəm Tovuzlunun xalası oğlu olub. Bu haqda açıqlamasında sənətçi özü deyib. O bildirib ki, Pünhan borca ngörə özünü öldürüb:

"Bilmirik nə oldu. 5 min manat borcu var imiş. Pis kruqa düşüb, heç kimə deməyib. Mənə desəydi onun borcunu ödəməzdim? 5 min onun cavan canına qurban. Neçə-neçə insana əl tutmuşam. Pünhana da hər zaman kömək edirdim. Əsgərliyə gedəndə hər günü ilə maraqlandım.

Xalam dünyasını dəyişib, ona görə də Pünhanı nəzarətsiz qoymurdum. Hər ay ona xərclik göndərirdim. Desəydi ki, bacı, vəziyyətim pisdir, belə oyuna düşmüşəm, edərdim. Bilmədik, onu məcbur ediblər, qorxub, yoxsa nə... Özünü gedib asıb".

Qeyd edək ki, hadisə avqustun 11-də Metallurq stadionunda baş verib. Şəhər sakini, 1998-ci il təvəllüdlü Pünhan özünü stadiondakı yarımtikilidən telefon naqili ilə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.(axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm