Abşeronda ana və qızı maşının altında qaldı
Bizi izləyin

Hadisə

Abşeronda ana və qızı maşının altında qaldı

Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində yolu keçən 1964-cü il təvəllüdlü Mustafayeva Yeganə Nizam qızı və onun övladı 33 yaşlı Mustafayeva Aygün Arif qızını avtomobil vurub.

Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı Y. Mustafayeva qapalı kəllə-beyin travması, A. Mustafayevaya isə müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm