• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

Azərbaycanda mikroavtobus aşdı, 11 nəfər xəsarət aldı

  • Hadisə
  • 16 Avqust 2020 09:38
  • 855 Baxış
Azərbaycanda mikroavtobus aşdı, 11 nəfər xəsarət aldı

Samux rayonunun Füzuli kəndi ərazisində günabaxan plantasiyalarında işləyənləri daşıyan mikroavtobus aşıb.

Bəhram Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

xxx

Samux rayonunun Füzuli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mikroavtobusun aşması nəticəsində 11 nəfər xəsarət alıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində Ceyran Səlimova, Şəhla Quliyeva, Təzəgül Məhərrəmova, Mehriban Qurbanova, Rəşad Orucov, Sucayyət Məmmədova, Nailə Abdullayeva, Hüsniyə Hüseynova, Yeganə Allahverdiyeva, Aynur Məmmədova və Nübar Əliyeva müxtəlif bədən xəsarətləri alıblar.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma gedir. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR