“Mercedes” kombaynla toqquşdu, 2 nəfər öldü
Bizi izləyin

Hadisə

“Mercedes” kombaynla toqquşdu, 2 nəfər öldü

Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm