• USD 1,7000 0,00% EUR 1,9900 -0,11%
    • GBP 2,3187 -0,06% RUB 0,0233 0,00%

Bakı sakini Cəlilabadda silahla saxlanıldı

  • Hadisə
  • 17 Avqust 2020 10:47
  • 574 Baxış
Bakı sakini Cəlilabadda silahla saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Hacızadə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı O.Hacızadənin əlindəki çantadan "Parabellum" markalı tapança, həmin silaha aid 1 ədəd sandıqça və 9 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR