Hadisə
"Yumurta Kamil" saxlanıldı - FOTO
Abşeron Rayon Polis İdarəsi (RPİ) və Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Sumqayıt Regional Bölməsinin əməkdaşları rayon ərazisində birgə reyd keçiriblər.
Publika.az-ın məlumatına görə, reyd zamanı vaxtı keçmiş yumurtaların bərpa edilərək yenidən satışa çıxarılması faktı aşkarlanıb.
Araşdırmalarla məlum olub ki, "Giləzi Quşçuluq" MMC-də satış meneceri işləyən Kamil Teymurov Xırdalan şəhər 28-ci məhəllə Həsən Bəy Zərdabi küçəsində kirayədə yaşadığı mənzildə mağazalardan geri qaytarılan vaxtı keçmiş yumurtaları yenidən satışa çıxarıb.
O, yararsız yumurtaları dostu Malik Qasımovla birlikdə mağazalara daşıdığını bildirib.
Maddi sübut kimi 84 qutudan ibarət ümumi sayı 32 400 ədəd yararsız yumurta aşkar edilərək götürülüb.
K.Teymurov saxlanılaraq Abşeron Rayon Polis idarəsinə gətirilib.
Onun "Yumurta Kamil" kimi tanındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!