DİN açılış edən sahibkarla bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN açılış edən sahibkarla bağlı məlumat yaydı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

Bu barədə Publika.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi biryerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm